Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Telman İsmayılov Türkiyədən qaçdı – İddia

<b>Telman İsmayılov Türkiyədən qaçdı – İddia</b>

Telman İsmayılov və qardaşı Vaqif İsmayılov Türkiyəni tərk edib

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. Hazırda azərbaycanlı iş adamlarının Fransada gizləndiyi bildirilir. Mənbə Vaqif İsmayılovun Rusiya polisindən qardaşı Rafiq İsmayılovun 2016-cı ilin payızında həbsindən sonra gizlənməyə başladığını bildirib:
“Polis onun əvvəllər Rusiyada olduğunu və yaranmış situasiyanı həll etməyə çalışdığını güman edirdi. Lakin sonradan bəlli oldu ki, Vaqif Türkiyəyə - Telman İsmayılovun yanına qaça bilib. Hər iki qardaş az əvvələ qədər Antalyada yerləşən “Mərdan Palas” otelindəki böyük iqamətgahlardan birində yaşayırdı. Otelin elektrik enerjisi bu yayın sonunda borc ucbatından kəsilib. Bundan sonra İsmayılov qardaşları Türkiyənin onları Rusiyaya verəcəyindən ehtiyat edərək Fransaya qaçıblar”.
Agentlik Fransanın Telman İsmayılov üçün elə də yad bir yer olmadığını bildirib. Buna sübut kimi agentlik Rusiya Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Dmitri Zaxarçenkonun istintaq ifadələrini göstərib. Bu ifadəyə əsasən, Zaxarçenko İsmayılovu ikincinin Çerkizov bazarına sahib olduğu dönəmdən yaxşı tanıyıb. İsmayılovun Rusiyadan getməsindən sonra məhz Zaxarçenko ona Fransada görüşməyi təklif edib. Görüşdə əsas məqsəd isə ortaq biznes layihəsinin müzakirəsi olub.
Vaqif İsmayılovun Rusiya Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olduğunu bildirən “Rosbalt” onun burada etnik qruplar tərəfindən törədilən cinayətlərin araşdırılması ilə məşğul olduğunu söyləyib. Əslində Vaqif İsmayılov haqqında Rusiya polisinə əsas informasiyanı 15 ildən çox müddətdə Rafiq İsmayılovun köməkçisi olan biznesmen Sergey Qavryuşin verib.




Xəbər - 20 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv