Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
DÜNYA

Vəliəhddən Fələstin liderinə: Ya qəbul et, ya istefa ver!

<b>Vəliəhddən Fələstin liderinə: Ya qəbul et, ya istefa ver!</b>

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa ABŞ tərəfindən hazırlanan “Yaxın Şərq barış planı”nı qəbul etməsi üçün təzyiq göstərir

Axar.az xəbər verir ki, bu barədə “Tayms” informasiya yayıb.
Məlumata görə, Mahmud Abbasın bir həftə əvvəl Ər-Riyad ziyarəti zamanı ABŞ Prezidenti Donald Tramp və Cerad Kuşner tərəfindən hazırlanan barış planı müzakirə olunub. Vəliəhd şahzadə Fələstin liderinə “Ya ABŞ deyən hər şeyi qəbul et, ya da istefa ver” deyib.
Qeyd edək ki, Mahmud Abbasdan bir həftə öncə Səudiyyə Ərəbistanını ziyarət edən Trampın baş müşaviri Cerad Kuşnerin Məhəmməd bin Salmanla qızğın “Yaxın Şərq barış planı” müzakirələrinin gecə saatlarına qədər davam etdiyi haqda məlumat yayılmışdı.




Xəbər - 18 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv