Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
İQTİSADİYYAT

AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri üzrə müsabiqə keçiriləcək

<b>AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri üzrə müsabiqə keçiriləcək</b>

AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat plan işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimullaşdırmaq məqsədilə müsabiqə keçiriləcək

İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) bununla bağlı imzaladığı əmrə əsasən, 2017-ci ildə yerinə yetirilən tədqiqatlar üzrə müsabiqə keçirilməsi üçün müsabiqə qaydaları təsdiqlənib, habelə müvafiq müsabiqə komissiyası yaradılıb. Komissiyanın sədri institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva, üzvləri – iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyevdir.
Qaydalara əsasən, institutun şöbə müdirləri noyabrın 30-na kimi ümumi hesabatları, dekabrın 10-na kimi isə əməkdaşların yerinə yetirdikləri fərdi plan elmi-tədqiqat işlərini qiymətləndirərək müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsabiqənin qalibi olan şöbələrə və əməkdaşlara fəxri diplomlar və institutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək. Belə ki, şöbə hesabatları üzrə qaliblərə 1-ci yer (bir mukafat) – 1500 manat, 2-ci yer (iki mükafat)| - 1000 manat, 3-cü yer (uç mükafat) - 500 manat, fərdi hesabatlar üzrə isə 1-ci yer (bir mükafat)| - 600 manat, 2-ci yer (iki mükafat) - 400 manat, 3-cü yer (üç mükafat) - 200 manat mükafat nəzərdə tutulur.




Xəbər - 58 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv