Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

“Uşaq hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib

<b>“Uşaq hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib</b>

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, bu ilin 20 oktyabrından 20 noyabrınadək "Uşaq hüquqları aylığı" elan edilib

Aylıq çərçivəsində ölkənin şəhər və rayonlarında uşaq hüquqlarının qorunması və təbliği istiqamətində maarifləndirmə tədbirləri, dəyirmi masalar, treninq-seminarlar, orta məktəblərdə, uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunur. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) təşəbbüsü ilə keçirilmiş aylığın məqsədi uşaq hüquqlarına diqqətin daha da artırılmasıdır.
“Uşaq hüquqları aylığı” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Şəhər 5 saylı tam orta məktəbdə seminar keçirilib.
Seminarda insan hüquqlarının qorunması sahəsində qanunvericilik və beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bu baxımdan, son illərdə uşaq hüquqlarının müdafiəsi, uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə sistemli tədbirlər həyata keçirilir.
Seminarda, həmçinin bu cür tədbirlərin təşkilinin uşaqların hüquqlarının qorunmasında, onların qayğı ilə əhatə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyəti vurğulanıb.
Uşaq hüquqlarına həsr edilmiş tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.




Xəbər - 23 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv