Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
DÜNYA

Cəmilov: Kremldə elə kişi yoxdur

<b>Cəmilov: Kremldə elə kişi yoxdur</b>

Biz əsas yatırımımızı Rusiyanın maksimal təcridinə və sanksiyaların sərtləşdirilməsinə edirik

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.
“Elə şərait yaradılmalıdır ki, Rusiya özü məcbur olub, Krımı tərk etsin. Krımın anneksiyası ilə yanlışlığa yol verilmişdi. Rusiya bu səhvin ucbatından böyük itkilərə məruz qaldı. Əsl kişi özünün haqlı olmadığını etiraf edən şəxsdir. Kremldə belə kişilər yoxdur. Onlar sona qədər haqlı olduqlarını deyəcəklər. Totalitar rejimlərin hamısı eynidir. Onlar SSRİ kimi bir gündə yox olurlar. Heç kim SSRİ-nin yox olmasını gözləmirdi. Kommunistlər özlərini elə aparırdılar ki, guya əsrlərlə taxtlarında qalacaqlar, amma hər şey bir anda bitdi. Məncə, eyni şey Putin hakimiyyətinin də başına gələcək”, – deyə o bildirib.




Xəbər - 23 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv