Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Erməni gənclər ayağa qalxdı: Parlamentə giriş bağlandı

<b>Erməni gənclər ayağa qalxdı: Parlamentə giriş bağlandı</b>

Ermənistan parlamentinin önündə tələbələrin etiraz aksiyası başlayıb

Axar.az xəbər verir ki, tələbələr parlamentdən az öncə hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunun ləğv edilməsini tələb edirlər.
Etirazçılar qarşısında çıxış edən “Elmin inkişafı naminə” hərəkatının üzvü Vaqan Kostanyan parlamentin tələbələrin etiraz səsini eşitmədiyini bildirib:
“Parlament bizim səsimizi eşitmir. Buna görə də biz parlament binası qarşısında səssiz aksiyaya başlayırıq. Biz təslim olmayacağıq”.
Bundan sonra tələbələr parlamentə avtomobillərin girişini təmin edən yolu bağlayıblar.
Qeyd edək ki, az öncə Ermənistan parlamenti ikinci oxunuşda hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunu qəbul edib.




Xəbər - 23 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv