Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
DÜNYA

Sərkisyan əlində telefon hər tərəfə qaçmalı idi - Atambayev

<b>Sərkisyan əlində telefon hər tərəfə qaçmalı idi - Atambayev</b>

Mən Qazaxıstandakı qoca diktatordan üzr istəməyəcəyəm

Axar.az xəbər verir ki, bunu Qırğızıstan parlamentində çıxışı zamanı Prezident Almazbek Atambayev söyləyib.
“Biz heç vaxt Avrasiya İttifaqından getməyəcəyik. Hazırkı zamanda Qırğızıstan faktiki olaraq Avrasiya İttifaqının digər dövlətlərindən kənarda qalıb. Bizim sadəcə Avrasiya İttifaqı ilə əlaqəmizi kəsiblər. Məni Avrasiya İttifaqı liderlərinin və Tiqran Sərkisyanın yaranmış vəziyyətə biganəliyi heyran edir. Məhz Sərkisyan əlində telefon hər tərəfə qaçmalı idi, amma indiki vəziyyət onun vecinə də deyil. Çoxları istəyir ki, Atambayev varlı qonşusunun ayaqlarına düşsün. Mən nəyə görə üzr istəməliyəm? Atambayev ölkənin daxili işlərinə müdaxilə edəndən üzr istəməməlidir. Bütün diktatorlar və prezidentlər əvvəl-axır gedəcəklər, xalqlar isə qalacaqlar. Qonşular bir-biriylə dost olmalıdırlar”, – deyə o bildirib.




Xəbər - 21 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv