Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
MEDİA

“525”-in 2-si

<font color=red><b>“525”-in 2-si</b></font>


Noyabr ayı başlanğıclar ayıdır desəm, yəqin ki, yanılmaram. Xüsusilə də kütləvi informasiya vasitələri üçün. Bir neçə gündən sonra baş redaktoru olduğum “Xalq Cəbhəsi” qəzetinin də yayıma başlamasının 16-cı ilini geridə qoyacağıq. “Yeni Müsavat” qəzeti 28-ci, “525-ci qəzet” 25-ci, “Şərq” 21-ci, APA 13-cü ilini arxada qoydu. Adlarını sadaladığım KİV-lərin hər biri Azərbaycan mediasının ayrılmaz bir parçası, dayaqlarıdır. Hər biri məktəbdi, öyünüləsi, qürir duyulası yoldu, fədakarlıq nümunələridir, mediamızın canlı və gerçək obrazlarıdır. Bu KİV-lərin hər birinə yubiley yazısı borcum var. Allah ömür versin, inşallah bu şərəfli dost borcundan çıxmaq da nəsibimiz olar...
“525-ci qəzet”in rəmzi yubleyi ilə bağlı bütün yazıları diqqətlə oxudum. Həmkarlarım daha çox “5” və rəmzi yubiley rəqəminə - “25”-ə diqqət çəkdilər. Şübhəsiz, Rəşad Məcidin yaratdığı və rəhbərlik etdiyi mətbu orqanının keçdiyi yola yalnız əla qiymət vermək olar. 25 də qəzetin adı ilə həmahəng olduğuna görə maraqlı rəqəmdir. Amma mən nədənsə “525”-in 2-sini daha çox sevirəm. Kimsənin sahiblənmək istəmədiyi və “525-ci qəzet”-in adındakı iki 5-in arasında qalan 2-ni – Rəşad Məcidi və qəzeti. Onları bir-birindən ayırmaq mümkün deyil. Rəşad Məcid olmadan “525-ci qəzet”, “525-ci qəzet” olmadan isə Rəşad Məcid yoxdur. Hər halda mən təsəvvür edə bilmirəm. Nəinki Azərbaycanda, hətta dünyada çox az sayda kütləvi informasiya vasitəsi tapmaq olar ki, sahibi və rəhbəri ilə bir-birini bu qədər mükəmməlliklə tamamlasınlar. “525-ci qəzet” Rəşad Məcidin 25 ildir kağız üzərinə çəkilən obrazıdır, onun xarakterinin, dünyagörüşünün, istedadının bitib-tükənməyən cizgilərinin surətidir.
Rəşad Məcid mənim üçün doğma adamdır. Həm də çox... Hər halda mənə elə gəlir ki, onun obrazının əslində və inkasında başqalarının görə bilmədiklərini görə bilirəm. Bu obrazın lap alt qatlarında, işıqda sezilməyəcək qədər incə və dərin bir kədər var. Mən bu kədəri “Kabus qatar” adlı şeirimin yaranmasına səbəb olan bir neçə dəqiqəlik ovqatın açdığı nəfəslikdən hiss etmişdim. Rəşad sonuncu dəfə onu Ağdama aparan qatarla bağlı illərin arxasından süzülən xatirələrinin təsiri alrında özünəməxsus kaloritinin məharətlə qapadığı nəfəsliyi bir neçə dəqiqəliyə açmışdı və pafossuz yurd həsrətini həzin bir sükutun ixtiyarına buraxmışdı...
...Bu sətirləri yazdığım anda ustadımız Cahangir Məmmədlinin tərtib etdiyi və son 24 saat ərzində təkrar-təkrar varaqladığım kitab yenidən baxışlarımı özünə tərəf çəkir: “525” - zamanın sınağında... “525-ci qəzet” son 25 il ərzində zamanın sınağından 4948 dəfə çıxıb. Qəzet oxucu ilə hər görüşündə sınağa çəkilib və bundan sonra da çəkiləcək...
Bu sınaq heç bitməsin!


Elçin Mirzəbəyli
Doğma adam









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv