Son xəbərlər
25 APREL
24 APREL
23 APREL
İDMAN

“Qarabağ”la oynayırıq, çətin olacaq - Azar

<b>“Qarabağ”la oynayırıq, çətin olacaq - Azar</b>

Qol vurmaq hər zaman xoşdur. Bu, mənim üçün ən başlıca hədəf deyil, amma özünəinam baxımından yaxşı haldır. İki qol vursam da, ən önəmlisi, qalib gəməyimiz və yaxşı oynamağımızdır

Report xəbər verir ki, bunu “Çelsi” klubunun futbolçusu Eden Azar İngiltərə Premyer Liqasının XII turunda “Vest Bromviç” üzərində 4:0 hesablı qələbəni və vurduğu 2 qolu şərh edərkən deyib.
London təmsilçisi noyabrın 22-də Çempionlar Liqasının (ÇL) V turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq. 26 yaşlı belçikalı yarımmüdafiəçi hesab edir ki, “Çelsi”ni qarşıda çətin həftə gözləyir: “Çünki “Qarabağ”la oynayırıq, ardınca “Liverpul” səfərinə gedirik. Liderlər qrupunda qalmaq istəyirik”.
Qeyd edək ki, “Çelsi” hazırda İngiltərə Premyer Liqasında 25 xalla 3-cü sırada qərarlaşıb və lider “Mançester Yunayted”dən 9 xal geri qalır. ÇL-də isə 7 xalla 2-ci pillədə yer alan “zadəganlar” İtaliya “Roma”sından 1 xal az toplayıb. İspaniya “Atletiko”su 3 xalla 3-cü, “Qarabağ” isə 2 xalla sonuncu yerdədir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv