Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
SOSİAL

«Ali təhsildən gözləntilər»

<font color=red><b>«Ali təhsildən gözləntilər» </b></font>

Təhsil Nazirliyinin təşkilatçılığı seminar keçirilib


"Son illərin statistik rəqəmlərinin təhlili əsasında indiki qəbul şərtləri daxilində ali təhsil sistemində kəmiyyətdən daha çox keyfiyyətə diqqət yetirməyin zəruri olduğu sübuta yetib”. Təhsil Nazirliyinin təşkilatçılığı ilə «Ali təhsildən gözləntilər» mövzusunda keçirilən seminarda səslənən bu fikirlər son 4 ildə ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı gerçək mənzərəni əks etdirdi.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov tədbirin keçirilməsində əsas məqsədin son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika və ali təhsildə qarşıda duran vəzifələrin müzakirə edilməsindən ibarət olduğunu bildirdi: "Bu tip seminarlar gələcəyin yolunu müəyyənləşdirmək üçün imkanlar yaradır”.
Seminarda "Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verərək, hər ötən ildə qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə edildiyini qeyd etdi: "2017-2018-ci tədris ili üçün tələbə qəbulunun nəticələri son 4 ildə ali təhsil müəssisələrinə qəbulun nəticələrinin təhlili əsasında aparılıb. Son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə müşahidə olunub. Bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb”.
Şöbə müdiri qeyd etdi ki, tələbə qəbulu ali təhsil müəssisələri tərəfindən onların mövcud potensialları nəzərə alınmaqla müəyyənləşdirilən proqnozlara əsasən formalaşdırılıb. Statistik təhlilə görə, son 4 ildə ali təhsil müəssisələri tərəfindən ümumi qəbul yerlərinin proqnoz rəqəminin təqribən 14,6 faizə qədər artmasına baxmayaraq, dövlət sifarişi 2,1 faiz azalıb. Lakin qəbul yerlərinin proqnozunun artırılmasına baxmayaraq, ali təhsil müəssisələrinə 2014-2016-cı illərdə faktiki qəbul 32-34 min nəfər həddində stabilləşib. Cari tədris ilində isə tələbə statusunu qazanan abituriyentlərin sayı artıb və 37624 nəfər təşkil edib: "Son 4 ildə ölkədə orta məktəb məzunlarının sayı təqribən stabil qaldığı halda, ali təhsil müəssisələrinə qəbul üçün abituriyent ərizələrinin sayı təqribən 24,2 faizə qədər azalıb (imtahanda iştirak edənlərin sayı isə 23,5 faiz azalıb – 70797 abituriyent). Buna baxmayaraq, ali təhsil müəssisələri tərəfindən qəbul yerlərinin proqnoz rəqəmi təqribən 14,6 faiz artırılıb”.
Nazirlik rəsmisinin sözlərinə görə, son 4 ildə I-IV ixtisas qrupları üzrə qəbulun keyfiyyət göstəricilərində nəzərəçarpacaq artım 15,9 faiz qeyd olunur. Belə ki, qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35790 nəfər təşkil edib: "Ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində dayanıqlı inkişaf müşahidə olunur. Son 4 ildə 300 baldan çox toplayanlar 15,8 faiz, 400 baldan çox toplayanlar 18,8 faiz, 500 baldan çox toplayanlar 27,6 faiz, 600 baldan çox toplayanların sayı isə 43,3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir”.
Nazirliyin məlumatına görə, cari ilin qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Bu tədris ilində 15 nəfər abituriyent 700 bal toplayıb (ötən il 10 nəfər olub). Y.Piriyev qeyd etdi ki, son 4 ildə özəl ATM-lərdə artım müşahidə olunmayıb. Buna səbəb isə Qafqaz və Təfəkkür Universitetlərinə tələbə qəbulunun nəzərdə tutulmaması olub. Həmçinin Təhsil Nazirliyinin tabeçiliyində olan ATM-lərdə prezident təqaüdçülərinin sayında da artım dinamikası müşahidə olunur. Eləcə də son illərdə respublikada xarici ölkə ATM-lərinin filiallarının – Lomonosov, Seçenov, UFAZ-ın açılması və gənclərin bu ali məktəblərə maraq göstərməsi artıb: "Bu tədris ilində ölkənin bir sıra ATM-lərində 40 ixtisas üzrə ingilis bölməsinə qəbul proqnoz yerləri nəzərdə tutulub. Bunun başlıca səbəbi gələcək məzunların rəqabətə davamlılıq qabiliyyətini yüksəltmək və qlobal əmək bazarına çıxış imkanlarını təmin etməkdir. Cari tədris ilində ali təhsil müəssisələrində ingilis dilində tədris olunan ixtisaslara qəbul olunan tələbələrin sayı iki dəfə artıb. Bu fakt ATM-lərin gələcəkdə xarici dillərdə, xüsusilə ingilis dilində keyfiyyətli kadr hazırlığana diqqətin artırılmasını zəruri edir. Həmçinin ali məktəblərdə ingilis dilində təlim aparan müəllimlərin hazırlıqlarına diqqət yetirmək lazımdır”.
Son iki ildə ATM və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə də çox yaxşı nəticələr əldə olunduğunu deyən Y.Piriyev, magistraturaya qəbul imtahanlarında iştirak edib magistr adını qazanan bakalavrların ümumi nəticələrinin ötən ilə nisbətən 36,3 faiz artdığını bildirdi: "Ötən illə müqayisədə sənəd verənlərin sayı 45,7 faiz, sənəd verib imtahana gəlməyənlərin sayı isə 15 dəfə azalıb. Fikrimizcə, imtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin sayı kəskin azalıb, sənəd verənlər isə gələcəkdə magistratura səviyyəsində təhsil almaq istəyənlər olub. Eyni zamanda, hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar ötən illə müqayisədə, magistraturaya qəbul olunan oğlanların sayı 73,9 faiz artıb”.
Seminarda, həmçinin bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayının ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil etdiyi qeyd olundu. Bundan əlavə, ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox əməkdaş çalışır.
«Clarivate Analytics» təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə qeyd etdi ki, 2015-ci ilin dekabr ayında dünyanın aparıcı elmi platforması olan «Web of Science» ilə əməkdaşlıq nəticəsində Azərbaycanın təhsil müəssisələrinin müəllim və tələbələrinin bu elmi bazada indekslənən məqalələrinin sayı 57 faiz artıb: "Son 3 ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çar olunan məqalələrinin sayı 950 təşkil edib”.
Seminarda pedaqoji ixtisaslara qəbul olunanların, ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin tədris illəri üzrə sayı və artım dinamikası, eləcə də son 3 il ərzində 541 nəfərin fəlsəfə doktoru, 103 nəfərin elmlər doktoru elmi dərəcələrini alması barədə məlumat verildi.
Seminarda təqdim edilən mövzular ətrafında fikir mübadiləsi aparıldı, iştirakçıların sualları cavablandırıldı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv