Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
SOSİAL

Deputat nazirə səsləndi: Onların bu pula ehtiyacı var

<b>Deputat nazirə səsləndi: Onların bu pula ehtiyacı var</b>

Şəhid və Qarabağ qazilərinin əksəriyyətinin sığorta puluna böyük ehtiyacı var

Bununla bağlı ötən gün Milli Məclisidə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxışında millət vəkili Qənirə Paşayeva məsələ qaldırıb. Deputat şəhid ailələri və Qarabağ qazilərinə verilməli olan sığorta pulunun ödənilməsində yaranan problemlərdən danışıb:
“Şəhid ailələri bizim baş tacımızdır, ən dəyərlimizdir. Onlar bizim qəbulumuza gələrək və ya hər hansı bir tədbirdə görüşdüyümüz zamanı mütləq bu məsələni qaldırır və həmin vəsaitin nə zaman veriləcəyini soruşurlar və buna ehtiyaclarının olduğunu bildirirlər. Onlara cavab verə bilmirik. Ailələrin əksəriyyətinin həmin pula böyük ehtiyacı var. İndi hökumət üzvlərimizdən, maliyyə naziri Samir müəllimdən soruşmaq istəyirəm ki, o ailələrə nə cavab verək. Gələn ilin büdcəsində bununla bağlı məsələ nəzərdə tutulubmu? Bu məsələnin öz həllini tapmasını xahiş edirik. Çünki bu çox vacib bir məsələdir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv