Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
İDMAN

İngilis səfirdən “Qarabağ” paylaşımı - Foto

<b>İngilis səfirdən “Qarabağ” paylaşımı - Foto</b>

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Feysbuk səhifəsində bu gün baş tutacaq “Qarabağ”-“Çelsi” oyunu ilə bağlı maraqlı paylaşım edilib

Axar.az xəbər verir ki, fotoda Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroftsun üzərində “Qarabağ” və “Çelsi” klublarının loqoları əks olunan şərf geyindiyi görünür.
“Səfir Krofts “niyə də yox?!” deyir”, - səhifədə qeyd olunub.
Qeyd edək ki, bu gün “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv