Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

“Bütün kəndlərin gələn ildə qazlaşdırılmasının həllini tapmasını xahiş edirəm“

<b>“Bütün kəndlərin gələn ildə qazlaşdırılmasının həllini tapmasını xahiş edirəm“</b>

2018-ci il üçün dövlət büdcəsi ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlib, həm də sosial yönümlüdür. Gələn il üçün dövlət büdcəsi gəlirlərinin 20 faiz artmasının nəzərdə tutulması iqtisadi inkişafın göstəricisidir

Milli Məclisin deputatı Musa Qasımlı büdcə müzakirələrində çıxışı zamanı deyib.
O qeyd edib ki, gələn ilin büdcəsindən özünü maliyyələşdirən 33 rayon üçün maliyyə ayrılmayıb: “Ümid edirəm ki, bir neçə il sonra özünü maliyyələşdirən rayonların sayı artacaq”.
Deputat əlavə edib ki, prezidentin həyata keçirdiyi strategiya nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi üçün işlər görülüb. Lakin ölkəmizdə yüngül sənaye sahələrinin yaradılmasına ehtiyac var: “Yüngül sənaye sahələrinin yaradılması iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin açılmasına, geniş bazarlara çıxmağımıza gətirib çıxara bilər”.
Musa Qasımlı eyni zamanda, ölkədə geniş özəlləşdirməni təklif edib. O bildirib ki, istər hündürmərtəbəli, istərsə də fiziki şəxslərin tikdiyi evlərin özəlləşməsindən dövlətə əlavə gəlir əldə etmək olar.
Deputat həmçinin, əlil və şəhid ailələrinin mənzillə təmin olunması üçün əlavə vəsaitin ayrılmasını təklif etdi: “Şəhid ailələrinə və müharibə əlillərinə ölkəmiz tərəfindən diqqət göstərilir. Lakin onlara ehtiyaclarını ödəməsi üçün ayrılan məbləğ kifayət etmir. Bu baxımdan yeni büdcədə bu məsələyə diqqət edilməlidir. Bundan əlavə, növbəti ilin büdcəsində məşğulluğun təmin edilməsi ilə bağlı vəsaitələrə bir daha baxmağa dəyər”.
M.Qasımlı təmsil etdiyi Yardımlı rayonunun problemlərini gündəmə gətirərək, onların həllini hökumətdən xahiş etdi. O xüsusən də Yardımlı şəhərinə bitişik Ostayır, Dəlləkli, Gavran, Daşkən, Anzov və digər kəndlərin qazlaşdırılmasını hökumətdən xahiş edib. M.Qasımlı Bozayran-Vərgədüz, Cəlilabad-Yardımı magistralının başa çatdırılması istiqamətində hökumətin əlavə vəsait ayrılması təklif edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv