Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
İDMAN

Azad Rəhimov Kadırovla görüşdü

<b>Azad Rəhimov Kadırovla görüşdü</b>

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlıdığı dəvətə əsasən Azərbaycanı BƏƏ-nin paytaxtı Abu Dabidə keçirilən Formula 1 yarışlarının finalında Gənclər və İdman naziri Azad Rəhimov təmsil edib

Bu barədə Report-a Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.
Tədbirdə iştirak etmək məqsədilə BƏƏ-yə gələn naziri Dubay hava limanında bu ölkənin iqlim dəyişikliyi və ətraf mühit naziri Tani Əhməd əl Zeyudi qarşılayıb.
Tədbir çərçivəsində A.Rəhimov BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb.
Nazir Azərbaycan Pezidenti İlham Əliyevin salamlarını və dəvətə görə təşəkkürünü Şeyx Məhəmmədə çatdırıb. Şeyx Məhəmməd öz növbəsində tədbirdə iştiraka görə minnətdarlıq ifadə edərək salamlarını Azərbaycanın dövlət başçısına yetirməyi xahiş edib.
A.Rəhimov həmçinin, BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək əl Nəhyan, Böyük Britaniya Krallığının şahzadəsi şahzadə Endrü, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovla da görüşüb.
Tədbirdə və görüşlərdə Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov da iştirak edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv