Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
16 YANVAR
SOSİAL

Ekspertdən xəbərdarlıq: Mənzilsiz qala bilərsiniz…

<b>Ekspertdən xəbərdarlıq: Mənzilsiz qala bilərsiniz…</b>

Bakıda köhnə tikililərin, xüsusən də “Xruşşovka” adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər

Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, ilk baxışdan inşaat şirkətlərinin təklifi normal təsir bağışlasa da, proses heç də sadə olmaya bilər:
“Bina inşa edilənədək kirayə haqqı ödənilir və daha sonra köhnə binadakı mənzil sahibi yeni və sahəsi daha böyük olan mənzilə sahib olur. Amma risklər sığortalanmadığından, gələcək inşaat şirkəti öhdəliyini yerinə yetirə bilməsə, o zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil. Məsələn, təsəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman o müflis oldu, tikintini başa çatdıra bilmədi. Bu halda sakinləri yeni mənzillərlə hansı şirkət təmin edəcək? Sakinlərlə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alınmır. İnşaat şirkətlərinin aktivləri az olduğundan bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivlərini sataraq ödəmək də mümkün deyil”.
İqtisadçı vurğulayıb ki, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb tətbiq edilməsinə ehtiyac var:
“Tikinti şirkətləri üçün risklərin sığortalanması işə başlamağa görə əsas tələblərdən biri olmalıdır. Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icazəsi verilməlidir. Evini tərk edib, kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o, yeni mənzil ilə təmin ediləcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv