Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
İQTİSADİYYAT

Növbəti ixrac missiyası Dubay şəhərinə gedir

<b>Növbəti ixrac missiyası Dubay şəhərinə gedir</b>

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 3-7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə təşkil olunacaq. İxrac missiyasında təmsil olunan meyvə-tərəvəz istehsalçıları 5-7 dekabr tarixlərində Dubayda keçiriləcək Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan “WOP Dubai”da da iştirak edəcəklər. Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək

Qeyd edək ki, Dubay şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv