Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
İDMAN

Azərbaycanda iki məşhur futbolçu həbs edildi – Şok faktlar

<b>Azərbaycanda iki məşhur futbolçu həbs edildi – Şok faktlar</b>

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyunu böyük qalmaqala səbəb olacaq

10:26
Meydan sahiblərinin 3:1 hesabıyla qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.
Futbolinfo.az saytına daxil olan məlumata görə, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. Dünən “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki oyunçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadılar.
“Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun “səbələri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. “Keşlə”nin çalışdırıcısı hadisələrdən xəbərdar olub. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. “Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacağından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub.
Məlumata görə, “Neftçi” ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Orxan Sadıqlı, Sərtan Daşqın, Adrian Skarlatke və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkilənlər kimi, etiraz da etməyiblər.
Baş rolda “Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.
Araşdırma aparılır.
***
“Keşlə”nin prezidenti Zaur Axundov hər iki futbolçunun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını təsdiqləyib.
Axundov Report-a açıqlamasında bildirib ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar. Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb:
“Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv