Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
SOSİAL

Sabah bu ərazilərə qar yağacaq

<b>Sabah bu ərazilərə qar yağacaq</b>

Dekabrın 1-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv