Son xəbərlər
16 İYUL
15 İYUL
14 İYUL
13 İYUL
İQTİSADİYYAT

ABŞ həmləyə hazırlaşır: türk lirəsi çökə bilər - Ekspert

<b>ABŞ həmləyə hazırlaşır: türk lirəsi çökə bilər - Ekspert</b>

Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər

Bu barədə iqtisadçı alim Vüqar Bayramov yazıb.
“Belə ki, məhkəmə Türkiyə banklarının, hətta bu ölkənin hər hansı bir bankının İranla sanksiyalardan kənar əməkdaşlıq etdiyini təsdiq edərsə, o halda bu, həm qardaş dövlətə maliyyə cəriməsi və bəzi banklarına sanksiyalar ilə nəticələnə bilər. Bu isə Türkiyə üçün əlavə xərc yaratmaqla yanaşı, qonşu ölkə banklarının beynəlxalq sövdələşmələrinə və eləcə də kredit reytinqlərinə mənfi təsir göstərə bilər. Bunun baş verəcəyi halda isə lirənin daha çox dəyər itirəcəyi qaçılmaz olacaq. Buna görə də Zərrabın məhkəməsi heç də bir iş adamının mühakimə olunması ilə məhdudlaşmır”.
Qeyd edək ki, əslən azərbaycanlı olan iş adamı Rza Zərrab ötən ilin martında ABŞ-ın Mayami şəhərində bank fırıldaqçılığı, çirkli pulların yuyulması, İrana qarşı tətbiq edilən sanksiyaları pozmaq ittihamı ilə həbs olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv