Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
SİYASƏT

Sərkisyan ərazi bütövlüyünü tanıdı, ardınca Qarabağa gəlib…

<b>Sərkisyan ərazi bütövlüyünü tanıdı, ardınca Qarabağa gəlib…</b>

İspaniyada Kataloniya hadisələri baş verəndən sonra Avropada ərazi bütövlüyü məsələsi ön planda dayanır və buna həssaslıqla yanaşılır. Bu da Ermənistan hakimiyyətini ciddi narahat edir

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistan Prezidenti Serj Sərkisyanın işğal altında olan bölgələrə səfərinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, bu səfərin məqsədi erməni tərəfinin keçirdiyi narahatlıqdan qaynaqlanır:
“Çünki son vaxtlar beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır. Bunlardan biri Avropa İttifaqının Şərq Tərəfdaşlıq üzrə sammiti idi. Hansı ki, Ermənistan Prezidenti Serj Sərkisyan da burada iştirak edirdi. Bu sammitdə üzv və tərəfdaş dövlətlərin ərazi bütövlüyü məsələsi birmənalı olaraq vurğulandı və Ermənistan prezidenti də burada qəbul olunan bəyənnaməyə imza atdı. Onun bu bəyənnaməyə imza atmamaq şansı yox idi. Çünki Ermənistan Avropa Birliyi ilə həmin gün saziş imzalamalı idi. Ermənistan bəyənnaməyə imza atmasa idi, böyük ehtimalla, Brüssel də İrəvanla imzalayacağı sazişdən imtina edə bilərdi”.
Politoloq qeyd edib ki, Kiyevdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assemblyasının konfransı zamanı da Azərbaycanın və digər üzv dövlətlərin ərazi bütövlüyü birmənalı olaraq qəbul edildi:
“Bu isə Rusiya və Ermənistanda böyük qıcıq yaratdı. Rusiya ümumiyyətlə bu tədbirə dəvət olunmamışdı. Ermənistan isə tədbiri yarımçıq tərk etmişdi. Ona görə, o, provakasiya xarakterli addımlar atır, işğal altında olan bölgələrdə keçirilən təlimlərdə iştirak edir”.
Politoloq vurğulayıb ki, bu səfərlər zamanı Ermənistan prezidenti Azərbaycan sərhədlərini pozur:
“Sülh danışıqları artıq dalana dirənib. Status-kvonu uzatmaq üçün Ermənistan Rusiyadan dəstək alır. Ona görə bölgədə hərbi toqquşma ehtimalının artacağını düşünürəm. Əgər sülh danışıqlarında nəticə yoxdursa, biz öz gücümüzü göstərmək məcburiyyətində qalacağıq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv