Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
SİYASƏT

Deputat ABŞ nümayəndə heyəti ilə görüşdü

<b>Deputat ABŞ nümayəndə heyəti ilə görüşdü</b>

Millət vəkili Qənirə Paşayeva ABŞ-ın tanınmış qadın təşkilat rəhbərləri ilə görüşüb

Millət vəkili görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Q.Paşayeva ABŞ heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı da danışıb. Deputat 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsini, onların fundamental insan haqlarının Ermənistan tərəfindən pozulmasını diqqətə çatdırıb.
ABŞ-ın Azərbaycanla əməkdaşlıq və dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri, iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv