Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
SİYASƏT

“Azərbaycan ciddi qərarlar qəbul edir”

<font color=red><b>“Azərbaycan ciddi qərarlar qəbul edir”</b></font>

Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun lehinə lehinə səs verdim. Qanunun ciddi narazılıqlara səbəb olacağını düşünmürəm. Çünki siqaret çəkən insanların da böyük əksəriyyəti başa düşür ki, tütün orqanizm üçün son dərəcədə ziyanlıdır. Amma vərdişə çevrildiyi üçün bəziləri siqaretdən imtina edə bilmirlər".
Bunu APA-ya açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, bu qanun çəkindirici faktor rolunu oynayır və insanların bir xeyli faizinin siqareti azalması və ya tərgitməsinə kömək olacaq: " Qapalı məkanda siqaret çəksə, dərhal cərimə olunacağını bilən adam məcbur olub hər dəfə açıq havaya çıxacaq. Bu isə hər dəfə təkrarlananda adamlar yorulur, tütünün istehlakını yavaş-yavaş azaldırlar. Əslində bu qanunun qəbulu xeyli yubanıb. Gərək vətəndaşlarımız və polis ciddi şəkildə qanunun tətbiqinə nəzarət etsinlər".
Qüdrət Həsənquliyev sulu qəlyanın, ümumiyyətlə, qadağan edilməsinin tərəfdarı olduğunu bildirib: "Sulu qəlyan yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Xüsusi ilə restoranlarda, kafelərdə sulu qəlyan qəti qadağan olunmalıdır".
Millət vəkili qanunun qəbulunun mütərəqqi olduğunu vurğulayıb: "Sevinirəm ki, Azərbaycan sivil dövlətlərin sırasına qoşulmaq istiqamətində ciddi qərarlar qəbul edir".
Qüdrət Həsənquliyev Azərbaycanda yeni ingilisdilli telekanalın yaradılması ilə bağlı təklifindən da danışıb: " Tez-tez xarici səfərlərdə oluruq, otellərdə televizora baxanda heç kim oturub gözləmir ki, Azərbaycanın hansısa telekanalında 10 dəqiqəlik ingilis dilində xəbər veriləcək, kimsə də onu tapıb baxacaq. Kanalları dəyişəndə ingilis dilində hansısa maraqlı xəbər, veriliş görəndə ona baxırlar. İngilis dilini dünyanın əksər siyasətçiləri və diplomatları bilir, hətta bu dildə danışmayanlar belə başa düşür. Hər şeyi bir kənara qoyuram, bizim Qarabağ problemimiz var. Öz həqiqətlərimizi dünyaya mütləq televiziya vasitəsi ilə çatdırmalıyıq. Dünyada Əl-Cəzirə, Çinin SSTV, İranın Press TV telekanalı, Ukraynanın, Qazaxıstanın belə ingilisdilli telekanalları var. Mən hərdən evdə o telekanallara baxıram. Azərbaycan da buna ehtiyac var".
O, həmçinin, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən iki telekanalın saxlanılmasına ehtiyac olmadığını da qeyd edib: "Azərbaycanda internet azaddır və onsuz da internet media, sosial şəbəkələr vasitəsilə fikir müxtəlifliyi təmin olunur. Həmçinin Konstitusiyaya əsasən dövlət heç bir mülkiyyət növünə – dövlət, bələdiyyə və özəl mülkiyyətdən birinə üstünlük verməməlidir. İndi bir televiziya informasiya yayımı ilə məşğuldur, reklamdan pul qazanır, bununla həm işçilərinə əmək haqqı verir, həm də maddi-texniki bazasını təmin edir. Digər televiziya isə həm reklamdan pul qazanır, həm də dövlət büdcəsindən vəsait alır. Heç olmasa, dövlət büdcəsindən pul alırsa, ona reklam qadağan edilməlidir. İctimai Televiziya yarananda onun daimi büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmurdu. 2004-cü ildə bu barədə qanun qəbul olunarkən Milli Məclisdəki müzakirələri də yaxşı xatırlayıram. Biz bu il iki telekanalın maliyyələşməsi üçün büdcədən 44 milyon manat vəsait ayırdıq. Mən hesab edirəm ki, həmin vəsaitin bir hissəsinə biz həmin telekanalların bazasında ingilisdilli müasir, məsələn, “Rossia Today” kimi bir telekanal yarada bilərik. Bu telekanal isə həm ölkəmizin tanıdılması, həm turizm potensialımızın göstərilməsi, həm də ölkənin beynəlxalq mövqeyi üçün yaxşı iş apara bilər".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv