Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
DÜNYA

Tramp bu gün qərar verir: İslam dünyası şokda

<b>Tramp bu gün qərar verir: İslam dünyası şokda</b>

ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi bu gün tanıyacaq

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Ağ Evin mətbuat xidməti yayıb.
“Prezident tarixi həqiqətdən çıxış edərək bu addımı atır. Qüds yəhudi xalqının paytaxtıdır. Qüdsdə İsrail hökuməti, məhkəmə hakimiyyəti yerləşir. ABŞ hökuməti həmçinin səfirliyin Qüdsə köçürülməsindən sonra ölkə vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün də plan hazırlayıb. Bu həm də bizim Yaxın Şərqdəki aktivlərimizə də aid edilir”, – deyə o bildirib.
Qeyd edək ki, Trampın bu qərarına qarşı Ərəbistan və İordaniya kralları, Türkiyə və s. artıq rəsmi münasibətini bildirib və bunun olduqca riskli, Yaxın Şərqdə təhlükəsizliyi ciddi təhdid edəcək addım olduğu vurğulanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv