Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
HADİSƏ

İntihar məktubunu şagird özü yazıb – Direktor müavini

<b>İntihar məktubunu şagird özü yazıb – Direktor müavini</b>

Sagirdimizin intihar etməzdən öncə ailəsinə yazıb qoyduğu məktub onun Azərbaycan dili müəllimi tərəfindən də araşdırılıb. Müəllimi də təsdiqləyib ki, məktub İsmayılın özü tərəfindən yazılıb, xətt onun xəttidir

Bu sözləri Axar.az-a Ağdaş rayon Ləki qəsəbə tam orta məktəbin direktor müavini Qumru Abbasova sözügedən məktəbin intihar edən 12 yaşlı şagirdinin ölümündən öncə ailəsinə yazdığı məktubla bağlı danışarkən deyib.
Direktor müavininin sözlərinə görə, İ.Adıgözəlov məktəbin ən yaxşı oxuyan şagirdlərindən olub və məktubdakı yazı üslubu da ona aiddir:
“Məktubu biz də araşdırmışıq, İsmayılın Azərbaycan dili müəlliminə də göstərilib. Müəllim özü də təsdiqləyib ki, onun xəttidir. İsmayıl yaxşı oxuyan uşaq olub. Danışığı və yazısı da yüksək səviyydə idi. Müəllimi də təsdiqləyib ki, cümlələr, cümlə quruluşu da, xətt də özünündür. Bəli, mətndə çoxlu hərf səhvləri var, sonda yazılan “Tovlaya bax” sözü də yanlış yazılıb. Ancaq burada söhbət intihardan gedir axı. O, bunu tələsik də yaza bilər. Ancaq biz təsdiqləyirik ki, məktub onun öz xətti ilə yazılıb, hətta sonuncu söz də”
Biz də hər kəs kimi məəttəl qalmışıq. Bu ilk belə hadisədir ki, məktəbimizdə baş verir. Ailə qədər biz də təəccüb və dəhşət içindəyik”.
Q.Abbasovanın sözlərinə görə, İ.Adıgözəlovun sinif yoldaşları ilə də söhbət aparılıb. Onlar da şokdadır. Heç biri bu barədə məlumatlı deyil:
“İsmayıl dərsdən bir gün belə qalmazdı. Xəstə olduğu günlərdə də müəllimi deyirdi “qal evdə, sağal, gələrsən”, ancaq qalmırdı. Xaraktercə çox mehriban idi. Bizi gün ərzində 5 dəfə də görsə, hər dəfə salam verib hal-əhval tuturdu. Dərslərində də heç vaxt hansısa problem olmayıb. Məktəblə yanaşı, Quran dərslərinə də gedirdi. Ailə üzvləri də namaz qılan, oruc tutandır”.
Son günlər məktəblilərin intiharına səbəb olan “Mavi balina” oyununun bu intiharla da əlqəsinin olub-olmadığı maraq doğursa da, intihar edən məktəblinin müəllimi belə ehtimalın olmadığını bildirib:
“İntiharın həmin oyunla əlaqəsi ola bilməz. Nəzərə alın ki, ailə çox kasıbdır. Uşağın mobil telefonu yox idi ümumiyyətlə. Anada telefon var idi, onunla da ancaq danışmaq mümkündür. Köhnə telefondur, interneti yoxdur. Kasıb ailənin evində internet, kompüter hardandır ki, uşaq da elə oyun oynasın”.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 12 yaşlı məktəbli intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubda peyğəmbərin yanına getmək üçün intihar etdiyini qeyd edib. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.
12 yaşlı məktəblinin intiharında ən çox müzakirə edilən isə onun ölümündən öncə ailəsinə yazdığı məktubdur. Məktubun olduqca səliqəli və düzgün yazılması, bəzi hərf səhvlərini çıxmaqla, əlavə heç bir yanlışlğın olmaması təəccüb doğurub. Müzakirə edənlər bildirib ki, mətndəki cümlələr tamdır və fikir bitmiş formadadır, bu da 12 yaşlı uşağın yaza biləcəyi cümlələr deyil. Üstəlik, bu cür dolğun məktub yazan uşağın sonda “Tovlaya bax” (“tövlə” əvəzinə) qeydi də şübhələr doğurub.
Faktla bağlı Ağdaş Prokurorluğu tərəfindən araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv