Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
MƏDƏNİYYƏT

Axır ki, ermənilər dolmasız qaldı

<b>Axır ki, ermənilər dolmasız qaldı</b>

Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib

Kult.az xəbər verir ki, Cənubi Koreyanın Çecudo adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında populyar adətlərin və yaradıcılıq formalarının - ənənəvi mahnı, mərasim və bayramların YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifarişi müzakirə ediblər.
Azərbaycan həmin sessiyada milli dolma xörəyinin hazırlanması reseptinin bu siyahıya daxil edilməsi barədə müraciəti müsbət qarşılanıb və müvafiq olaraq Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, Qeyri-Maddi Mədəni İrs Siyahısına nəsildən-nəslə keçən adətlər və yaradıcılıq formaları - şifahi ənənələr, ifaçılıq sənəti, sosial tədbirlər, bayram və mərasim adətləri, biliklər və təbiətlə, kainatla bağlı təsəvvürlər, habelə ənənəvi xalq sənəti texnikası daxil edilir.
Qeyd edək ki, uzun illərdir ermənilər dolmanın onların mətbəxinə aid olması ilə bağlı əsassız mübarizə aparırdı. YUNESKO-nun bu qərarı ermənilərin bütün əsassız iddialarının üstündən birdəfəlik xətt çəkdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv