Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
TÜRK DÜNYASI

Yıldırım: Tramp bu qərarı verməməlidir

<b>Yıldırım: Tramp bu qərarı verməməlidir</b>

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı barədə səsləndirilən fikirlərə münasibət bildirib

Baş nazir ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və şəhərin paytaxt olaraq tanınması ilə bağlı istənilən qərarın qeyri-qanuni olduğunu deyib.
“ABŞ prezidentinin belə bir açıqlama verməməsi həm bölgənin gələcəyi, həm də beynəlxalq sülhün qorunması baxımından həyati önəmə sahibdir. Belə bir qərarın səbəb olacağı nəticələr cənab Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıq şəkildə ifadə edilmişdir. Bildiyiniz kimi, Qüds 3 böyük dinin müqəddəs məkanıdır. Buna görə də düşünülmədən verilmiş hər hansı bir qərar həm uzun müddətdir İsrail və Fələstin arasında davam edən və hələ də həllini tapmamış Fələstin dövlətinin qurulması planlarını məhv etmiş olacaq, həm də dinlər arasında yeni bir qarşıdurmaya səbəb olacaqdır”, - Yıldırım deyib.
Qeyd edək ki, ABŞ prezidentinin bu gün Qüdslə bağlı açıqlama verəcəyi gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv