Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
DÜNYA

Zərrabın istintaqla şok sövdələşməsi – Detallar

<b>Zərrabın istintaqla şok sövdələşməsi – Detallar</b>

Barəsində qaldırılmış 7 ittihamla təqsirkar olduğunu qəbul edərək şahidlik etməyə qərar verən Rza Zərrabın prokurorluqla əldə etdiyi sazişin detalları məlum olub

Bu barədə Türkiyə mətbuatı yazıb.
Məhkəmədə şahid qismində iştirakı qəbul edən Rza Zərraba prokurorluqla əməkdaşlıq etdiyi üçün hər hansı bir fiziki zərər dəyəcəyi halda şahid qoruma proqramı çərçivəsində özü, ailəsi və yaxınlarına yeni kimlik veriləcəyi və başqa yerdə yerləşdiriləcəyi vəd edilib. Bundan əlavə, Zərrabın sövdələşməyə sadiq qalacağı təqdirdə ifadəsi zamanı səsləndirdiyi heç bir fikir ona qarşı istifadə olunmayacaq.
Zərrab törətdiyi cinayətlərdən əldə etdiyi bütün gəlirlər üzərində haqqını itirəcək. Amma yüngülləşdici amil sayılması üçün şahidliyi barədə prokurorluq tərəfindən məhkəməyə məktub göndəriləcək.
Qeyd edək ki, Rza Zərrabın qəbul etdiyi 7 ittihamla bağlı cəza müddəti 130 ilə bərabərdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv