Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
HADİSƏ

Mikayıl Cabbarov təhsildə nə ilə yadda qaldı?

<b>Mikayıl Cabbarov təhsildə nə ilə yadda qaldı?</b>

2013-cü il 19 apreldən etibarən təhsil naziri vəzifəsini icra edən Mikayıl Cabbarov bundan sonra vergilər naziri kimi fəaliyyət göstərəcək. M.Cabbarov 4 illik təhsil naziri vəzifəsində kifayət qədər yaddaqalan addımlar atıb, qərarlar qəbul edib, dəyişikliklərə səbəb olub

Axar.az 2013-cü ildən dünənə qədər təhsil naziri vəzifəsini icra etmiş M.Cabbarovun 4 illik fəaliyyətinin ən yaddaqalanlarını təqdim edir.
- Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi;
- Təhsildə bütün vəzifələrə işə qəbulun müsabiqə əsasında aparılması;
- Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin müsabiqə əsasında həyata keçirilməsi;
- Məktəb direktorlarının seçiminin müsabiqə əsasında aparılması;
- Olimpiada Hazırlıq Mərkəzlərinin yaradılması;
- İlk Peşə-İxtisas Təhsili üzrə Dövlət Agentliyinin yaradılması;
- Tələbə Kredit Fondunun yaradılması;
- Məktəbəqədər Hazırlıq Qruplarının dövlət hesabına təşkili;
- Tələbələrin yerdəyişməsi və köçürülməsinin elektron sistem əsasında həyata keçirilməsi;
- Bir neçə özəl məktəbin fəaliyyətinin dayandırılması (Təfəkkür Universiteti, Bakı Asiya Universiteti), bəzilərinin birləşdirilməsi (Qafqaz Universitetinin Azərbaycan Mühəndislik Universitetinə);
- Məktəblərdə İş dəftərlərinin istifadəsində məcburiliyin aradan qaldırılması;
- Müəllimlik ixtisasını seçən tələbələrə təqaüd ayrılması;
- Birinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi.
Qeyd edək ki, M.Cabbarov Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ild tarixli sərəncamı ilə vergilər naziri vəzifəsinə təyin edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv