Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
İQTİSADİYYAT

Noyabrda 195-2 Çağrı Mərkəzinə 760 müraciət daxil olub

<b>Noyabrda 195-2 Çağrı Mərkəzinə 760 müraciət daxil olub</b>

2017-ci ilin noyabr ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 760 müraciət daxil olub

Ötən ay ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, güzəştli kreditlərin əldə olunması və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib. Bu müraciətlərin 150-dən çoxu səsli menyu vasitəsilə, 600-dən çoxu isə canlı rejimdə cavablandırılıb.
Çağrı Mərkəzinə canlı rejimdə daxil olmuş müraciətlərin 73%-i Bakı şəhərinin, 27%-i isə regionların payına düşür. Müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturlarına göndərilib və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə daha ətraflı cavablandırılması məqsədilə aidiyyəti üzrə yönəldilib.
Ümumiyyətlə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 72 minədək müraciət daxil olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv