Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
DÜNYA

Ukraynaya ultimatum: Kiyevin NATO-ya yolu bağlanır

<b>Ukraynaya ultimatum: Kiyevin NATO-ya yolu bağlanır</b>

Ukrayna yeni təhsil haqqında qanun qəbul etməklə NATO qarşısında götürdüyü öhdəlikləri pozub

Bunu jurnalistlərə açıqlamasında Macarıstan Xarici İşlər naziri Piter Siyarto söyləyib.
“Yeni qanunla Ukrayna həm azlıqların hüquqlarını, həm də Avropa Birliyi və NATO qarşısındakı öhdəliklərini pozub. Macarıstan Ukraynadakı macarların maraqlarını hansısa geosiyasi oyuna qurban verməyəcək. Əgər Kiyev NATO ilə əməkdaşlığının gücləndirilməsini istəyirsə, o zaman yeni təhsil haqqında qanunu ləğv etməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna bundan öncə yeni təhsil haqqında qanun qəbul edib. Qanuna əsasən, milli azlıqların öz dilində təhsil almaq imkanı məhdudlaşdırılıb. Bu qərar rəsmi Budapeştin kəskin etirazına səbəb olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv