Son xəbərlər
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
İQTİSADİYYAT

Bakıda 30 minə zirzəmi satılır

<b>Bakıda 30 minə zirzəmi satılır</b>

Bakı Şəhər İcra Hakimiyyəti növbəti dəfə köhnə binaların zirzəmilərini satışa çıxarıb

Satışa çıxarılan zirzəmilər Yasamal, Səbayıl, Nəsimi və Nərimanov rayonlarında yerləşən 2 və 5 mərtəbəli binaların zirzəmiləridir. 9 yanvar tarixində keçiriləcək hərracda 8 istifadəsiz zirzəmi özəlləşdirməyə təqdim ediləcək.
Hərraca çıxarılan zirzəmilərin qiyməti 12 min manatla 30 min manat arasında dəyişir. Ən yüksək qiymətə təklif edilən zirzəmi isə Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlil Rza oğlu küşəsindəki 23 nömrəli binanın zirzəmisidir. Əmlak 30.000 manata təqdim edilib.
Qeyd edək ki, Bakı şəhərində istifadədə olan köhnə binaların zirzəmiləri ilə bağlı daim problem mövcud olub. Əksər binaların zirzəmiləri istifadə edilmədiyi üçün nəzarətsiz qalıb və çirkab suları ilə dolub. Məhz bu səbəbdən də bir müddətdir ki, BŞİH-i binaların istifadəsiz qalan zirzəmilərini hərraca çıxararaq özəllşdirməyə təqdim edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv