Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
SİYASƏT

Dünya savaşının mirası: Ermənistan necə yaradıldı?

<b>Dünya savaşının mirası: Ermənistan necə yaradıldı?</b>

Qondarma Dağlıq Qarabağ problemi, Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı Birinci Dünya müharibəsindən qalan miraslardır

Kult.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Birinci Dünya müharibəsinin hüquqi və tarixi aspektləri” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib. O bildirib ki, Birinci Dünya müharibəsindən qalib çıxan dövlətlərin tarixçiləri saxta tarix yaradıblar:
“Birinci Dünya müharibəsinin gedişində böyük dövlətlərin fəal köməyi ilə ermənilər Şərqi Anadolu və Cənubi Azərbaycandan başlayaraq, bütün Şimali Azərbaycan torpaqlarında dəhşətli soyqırımları törədiblər. 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. Daşnaklar, hətta Türküstanda, Orta Asiyanın başqa yerlərində də türk xalqlarına qarşı soyqırım həyata keçiriblər”.
Akademikin sözlərinə görə, Birinci Dünya müharibəsində Azərbaycan xalqı həm də öz ərazilərini itirib:
“1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında ermənilərə dövlət yaradıldı. Bu məsələ də hüquqi qiymətini almalıdır. Çünki ermənilərin Cənubi Qafqazda etnik ərazi bazası yox idi. Azərbaycan xalqının razılığı olmadan onun torpağı böyük dövlətlər tərəfindən ermənilərə verildi. Ermənilər İrəvanın onlara verilməsi müqabilində öhdələrinə götürdükləri bütün şərtləri pozaraq, yeni yaradılmış Ararat-Ermənistan Respublikası ərazisindəki aborigen azərbaycanlı əhalini məhv etdilər. Azərbaycan ərazilərində soyqırımlar törətdilər. Yeni ərazi iddiaları irəli sürdülər”.
Yaqub Mahmudov bildirib ki, ermənilərin törətdikləri vəhşiliklər hüquqi cəhətdən qiymətini almalı, icraçılar və bu siyasəti yeridən qüvvələr dünya xalqlarına açıq bildirilməlidir.
Qeyd edək ki, beynəlxalq simpozium Türk Tarix Qurumu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv