Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
İQTİSADİYYAT

KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanları müzakirə edilib

<b>KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanları müzakirə edilib</b>

Dekabrın 8-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına və telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritələrində 2017-ci il üzrə müəyyən edilmiş tədbirlərin icrasına və 2018-ci ildə bu istiqamətdə görüləcək işlərə həsr olunmuş konfransda dövlət qurumlarının, assosiasiyaların, QHT-lərin, eləcə də KOS subyektlərinin nümayəndələri iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğulayıb, strateji yol xəritələrində müəyyən edilmiş tədbirlərin İqtisadiyyat Nazirliyi üzrə icrası barədə məlumat verib, KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinin, innovativ düşüncə tərzinin, yeni bilik və bacarıqların, beynəlxalq təcrübənin aşılanmasının önəmini diqqətə çatdırıb.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi istiqamətində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, yalnız 2017-ci ilin 11 ayı ərzində xarici və yerli ekspertlərin iştirakı ilə Bakıda və ölkənin regionlarında 108 treninq, seminar, dəyirmi masa və digər tədbirlər keçirilib. Tədbirlərdə 2000-dən çox dinləyici iştirak edib. Bu tədbirlər əhalinin müxtəlif qruplarını əhatə etməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün keçirilib.
Məlumat verilib ki, İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2009-2017-ci illərdə 338 sahibkar və menecer Almaniyada iqtisadi kooperasiya üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçib ki, onların da 38 nəfəri 2017-ci ildə göndərilib. Bütün ixtisasartırma kursu keçənlərin 20,1%-ni (68 nəfər) qadın sahibkarlar və menecerlər təşkil edir.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Vergilər Nazirliyinin Tədris Mərkəzinin direktoru Əli Həsənov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin əvəzi Kristina Məmmədova və digərləri çıxışlarında KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi sahəsində görülmüş işlər və həyata keçirilmiş tədbirlər, bu sahədə imkanların təmin edilməsinin elmi-metodoloji məsələləri və s. barədə danışıblar.
Konfrans 2 panel iclasla davam edib.
“KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinin metodoloji məsələləri” panel iclasında kiçik və orta sahibkarların bacarıqlarının artırılması məqsədilə fundamental təhsildən sonrakı təlimlərin KOS subyektləri üçün faydaları, nəzəri təlimlərlə yanaşı, sektorlar üzrə praktiki biliklər verən xüsusi təlimlərin keçirilməsinin səmərəliliyi, KOS subyektlərinin təlim ehtiyaclarına müvafiq olaraq mövcud tədris və təlim proqramlarında təkmilləşdirmələrin aparılması və s. müzakirə olunub. 2018-ci ildə bu istiqamətdə görüləcək işlərin əlaqələndirilməsinin vacibliyi vurğulanaraq, aidiyyəti strukturların birgə fəaliyyətinin həyata keçirilməsi qərara alınıb.
“KOS subyektləri üçün informasiya texnologiyalarının tədrisinin inkişaf istiqamətləri” panel iclasında isə informasiya texnologiyalarının istifadəsində KOS subyektlərinin səriştəlilik səviyyəsinin artırılması, rəqabətədavamlı işçi qüvvəsinin formalaşdırılması, əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan tələbat və s. məsələlər müzakirə olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv