Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
16 YANVAR
SİYASƏT

Kremlin Bakı və İrəvana qarşı 3C siyasəti - NATO

<b>Kremlin Bakı və İrəvana qarşı 3C siyasəti - NATO</b>

NATO-nun Müdafiə kolleci Rusiyanın Cənubi Qafqaz regionunda hərbi iştirakına dair hesabatla çıxış edib

Virtualaz.org xəbər verir ki, hesabata əsasən Moskvanın regionda hərbi iştirakı iki komponentdən ibarətdir. Birincisi, NATO təyyarələrini, habelə taktiki və operativ raketləri tutmaq imkanında olan güclü Hava Hücumundan Müdafiə sistemini özündə birləşdirən “məhdud çıxış” mexanizmlərinin istifadəsi. Belə vasitələr Rusiyanın Ermənistandakı Gümrü bazasında, habelə Erebuni aviabazasında cəmləşdirilib.
İkinci komponent Rusiyanın regionda yerləşdirdiyi “İsgəndər-M” operativ-taktiki raketləri və zərbə avasiya qüvvələridir.
NATO analitikləri qeyd edirlər ki, Rusiya Cənubi Qafqaz respublikalarını “reinteqrasiya” etməyə çalışır və bu məqsədlə “3 C” prinsipindən istifadə edir. İngiliscə bu Confrontation, Cooperation və Confusion (konfrontasiya, əməkdaşlıq və qorxutma) sözlərinin birləşməsidir.
Hesabata əsasən bu prinsiplər regionun hər üç ölkəsinə qarşı tətbiq olunur. Bakıya və İrəvana gəldikdə isə Rusiya xüsusi olaraq balanslaşdırma sistemi tətbiq edir, bilərəkdən “ziddiyətli siyasi mesajlar” göndərir, silah satır və regional təhlükəsizliyin bir sıra mürəkkəb məsələləri barədə siyasi “krışa” təmin edir. Moskva məhz bu manevrlər kompleksi sayəsində regionda status-kvonu saxlamaq üçün böyük potensiala malikdir. NATO isə əksinə, bu cür alətlərə malik deyil.
NATO analitiklərinin mövqeyinə görə region ölkələrinə, İrana və Azərbaycana S-300 və S-400 kim yüksək texnologiyalara əsaslanan silah sistemlərinin satılması Moskvanın təkcə regiondakı maraqlarından irəli gəlmir. Burada məqsəd həm də Türkiyəyə dolayısı təzyiq formalaşdırmaqdır. Hansı ki, Türkiyə özü hazırda Rusiyadan S-400 kompleksləri almaq üçün danışıqlar aparır və bu, NATO-da ciddi narahatlıq doğurur.
Hesabata əsasən Ermənistandakı “rus qalası”nın strateji əhəmiyyəti orada “İsgəndər-M” raket komplekslərinin yerləşdirilməsindədir. Hansı ki, bu komplekslərin “İsgəndər-K” tipli raketlərlə təchiz edildiyi, beləliklə də orta və yaxın mənzilli raketlərə dair müqavilənin tələblərinin pozulduğu təxmin edilir.
Lakin analitiklərə görə Ermənistan Rusiyanın postsovet məkanında qurduğu siyasi və iqtisadi ittifaqların ən zəif bəndidir. İrəvanın olduqca mürəkkəb geosiyasi vəziyyəti onu məcbur edir ki, Rusiya ilə ənənəvi dostluq münasibətləri ilə yanaşı öz xarici siyasətini də şaxələndirsin.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv