Son xəbərlər
24 APREL
23 APREL
21 APREL
20 APREL
SİYASƏT

Deputatın İraqda verdiyi bu mesaj…

<b>Deputatın İraqda verdiyi bu mesaj…</b>

Azərbaycanı İraqda bu ölkədə yaşayan 3 milyon türkman soydaşımız daha möhkəm tellərlə bağlayır

Axar.az xəbər veir ki, bu sözləri İraqa səfəri əsnasında bu ölkənin bir çox televiziya kanallarına müsahibəsində millət vəkili Qənirə Paşayeva deyib.
Əl İraqiyə, Əl Rəşid, Əl Hura İraq, Əl Mashrik, Əl Türkmaniyyə və bir sıra radio, qəzet və xəbər agentliklərinə müsahibə verən deputat Azərbaycan həqiqətləri, xüsusilə Qarabağ problem və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumat verib.
O bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün düşüb:
“20 ildən artıqdır ki, insanlarımız öz yurd-yuvasına dönə bilmir. İrəvan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur”.
Millət vəkili Azərbaycanın iqtisadi inkişafı, turizm potensialı, zəngin mədəniyyəti, ölkəmizdəki multikultural və tolerant mühitdən də söhbət açıb və iraqlıları ölkəmizə dəvət edib.
Azərbaycan-İraq münasibətləri ilə bağlı geniş çıxış edən deputat qeyd edib ki, Azərbaycan bütün istiqamətlərdə İraqla əməkdaşlığın inkişafında maraqlıdır:
“Əlaqələr getdikcə daha da genişlənir. Azərbaycanı İraqla bu ölkədə yaşayan 3 milyon türkman soydaşımız daha möhkəm tellərlə bağlayır. Onlar xoşbəxt olanda biz də yaxşı oluruq, üzüləndə isə biz də üzülürük. Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkədir. Eyni zamanda, ikili standartlardan əziyyət çəkən bir xalq olaraq terrorla mübarizədə İraqı dəstəkləyirik və özümüzə qarşı da eyni yanaşmanı gözləyirik”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv