Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
İQTİSADİYYAT

Zərdab rayonunun Hüseynxanlı icmasında yem emalı müəssisəsi və Əlibəyli icmasında tibb məntəqəsi istifadəyə verilib

<b>Zərdab rayonunun Hüseynxanlı icmasında yem emalı müəssisəsi və Əlibəyli icmasında tibb məntəqəsi istifadəyə verilib</b>

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Zərdab rayonunun Hüseynxanlı icmasında yem emalı müəssisəsi və Əlibəyli icmasında tibb məntəqəsi fəaliyyətə başlayıb

Bununla əlaqədar İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Emil Qasımov Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi siyasətinə uyğun olaraq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində geniş quruculuq-abadlıq işlərinin aparıldığını, ölkənin şəhər və rayonlarında minlərlə yeni müəssisələrin yaradıldığını, yeni iş yerlərinin açıldığını vurğulayıb, bölgələrdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlərin həyata keçirdiyini diqqətə çatdırıb. Emil Qasımov icma əsaslı biznesyönümlü layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində əhəmiyyətini qeyd edib.
Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində rayonda reallaşdırılan layihələr, görülən işlər barədə məlumat verib, yeni yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını, tibb məntəqəsinin açılmasının kənd əhalisinin tibb xidmətlərinə olan tələbatının daha dolğun ödənilməsində önəmini vurğulayıb.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndəsi Stefan Stonhaus, “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsinin əməkdaşı Əhməd Məmmədzadə layihə çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycanın regionlarının inkişafına töhfə olduğunu bildirib.
Tədbirdə diqqətə çatdırılıb ki, Zərdab rayonunun Hüseynxanlı kəndində yem emalı müəssisəsinin inşasında əsas məqsəd kənd əhalisinin məşğulluğunu təmin etmək, heyvandarlığı inkişaf etdirməkdir. Layihə çərçivəsində yem emalı avadanlıqları üçün otaq və anbar inşa olunmuş, hər birinin gücü saatda 1,5 ton olan toxumtəmizləyən, yemüyüdən və ot doğrayan avadanlıqlar quraşdırılmışdır. Burada 5 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.
Zərdab rayonunun Əlibəyli icmasında tibb məntəqəsinin inşası isə əhalinin keyfiyyətli tibb xidməti ilə təminatının yaxşılaşdırılması məqsədini daşıyır. 4 ixtisaslı kadrın işlə təmin ediləcəyi məntəqə ilkin tibbi yardım, vaksinasiya və digər tibbi xidmətlər üçün avadanlıqlarla təchiz olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv