Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
İQTİSADİYYAT

Nazirlikdən pensiyalarla bağlı - Açıqlama

<b>Nazirlikdən pensiyalarla bağlı - Açıqlama</b>

Azərbaycanda yaşlı əhali qruplarına düşən pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə tam uyğundur

Bu sözləri Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bəzi kütləvi informasiya vasitələrində adambaşına pensiya xərcləri üzrə Azərbaycanın inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geri qalmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu qəbildən olan yazılarda natamam təhlillər, pensiya təminatına dair mənbəyi bəlli olmayan məlumatlar cəmiyyəti çaşdırmağa, sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun aparılmış islahatların müsbət nəticələrini gözdən salmağa yönəlib:
“BMT-nin 2017-ci il üçün proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət pensiya sisteminin dominant rola malik olduğu üzv ölkələrindən Polşa, İspaniya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya üzrə yaşı 60 və yuxarı olanların əhalinin ümumi sayında xüsusi çəkisi Azərbaycanın eyni göstəricisindən 2,4-2,9 dəfə çoxdur.
Sadalanan ölkələrdən bəzisinin əhalisinin sayının Azərbaycan əhalisinin sayından 4-8 dəfə (Polşa, İspaniya, İtaliya, Fransa və Almaniya) çox olması da nəzərə alınmalı vacib amildir.
Yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti Polşada 0,43 faiz, İspaniyada 0,46 faiz, Avstriyada 0,54 faiz, Belçikada 0,41 faiz, Fransada 0,53 faiz, Almaniyada 0,36 faiz, İtaliyada 0,56 faiz olmaqla Azərbaycan üzrə eyni göstəriciyə (0,5 faiz) yaxındır, hətta bəzi hallarda aşağıdır. Bu isə respublikamızda yaşlı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,5 faizi həcmində düşən pensiya xərcinin dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin göstəricisinə uyğun olduğunu əyani şəkildə təsdiqləyir”.
E.babayev bildirib ki, Azərbaycan üzrə 0,5 faizlik bu göstərici postsovet ölkələrindən Belarus (0,45 faiz), Gürcüstan (0,22 faiz), Qazaxıstan (0,34 faiz), Rusiya (0,36 faiz), Ukrayna (0,46 faiz), eləcə də Baltikyanı ölkələrin (orta hesabla 0,28 faiz) göstəricilərini üstələyir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv