TÜRK DÜNYASI
Türkiyədən Qüdslə bağlı mühüm çağırış: Dünya ölkələri...

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu islam ölkələri liderlərinə Fələstinlə bağlı mühüm çağırış edib
Axar.az xəbər verir ki, Çavuşoğlu 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin tanınması üçün dünyaya çağırış edilə biləcəyi anonsunu verib:
“Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyan bizlər digər ölkələri Fələstin dövlətini 1967-ci il sərhədləri çərçivəsində və paytaxtı Şərqi Qüds kimi tanımağa dəvət etməliyik”.