Son xəbərlər
23 YANVAR
22 YANVAR
19 YANVAR
SOSİAL

Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir

<b>Vergilər naziri Təhsil Nazirliyi kollegiyasının sədridir</b>

Təhsil Nazirliyinin kollegiyasının sədri hələ də Vergilər naziri Mikayıl Cabbarovdur

Axar.az xəbər verir ki, Təhsil Nazirliyinin 7 nədərdən ibarət olan kollegiyasının sədrinin dəyişmədiyi nazirliyin rəsmi saytında gedən məlumatdan aydın olur.
Nazirlər Kabinetinin qərarı ilə M.Cabbarov kollegiyanın sədri, nazirin müavinləri Ceyhun Bayramov, Firudun Qurbanov, Mətin Eynullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov, Təhsil Nazirliyi Aparatının rəhbəri Fariz Rzayev isə kollegiya üzvləridir.
Qeyd edək ki, M.Cabbarov Prezident İlham Əliyevin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə vergilər naziri vəzifəsinə təyin edilib. Aradan 8 gün keçməsinə baxmayaraq, Təhsil Nazirliyinin rəsmi saytında yenilənmə aparılmayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv