Son xəbərlər
23 OKTYABR
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
SİYASƏT

İrəvan Türkiyə ilə imzaladığı protokolları ləğv edir

<b>İrəvan Türkiyə ilə imzaladığı protokolları ləğv edir</b>

2018-ci ilin yazını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq

Bunu Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan jurnalistlərə açıqlamasında söyləyib.
“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Ankara-İrəvan əlaqələrinin normallaşdırılması prosesi başladıldı. Bu da 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması ilə nəticələndi. İndiyə qədər bu sənədlər ratifikasiya edilməyib. Belə ki, Türkiyə protokolların ruhuna zidd olan şərtlər irəli sürüb. Bu sənədlər əbədi girov olaraq qala bilməz”, – deyə o bildirib.
Qeyd edək ki, 2009-cu ildə imzalanan protokolların əsas şərtlərindən biri Ermənistan-Türkiyə sərhədinin açılması idi. Sonradan Türkiyə bu protokolların icrasından Ermənistanın Qarabağdan ordularını çəkməməsi ucbatından imtina etmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv