Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
İQTİSADİYYAT

FES-in faiz artımı manata necə təsir edəcək? - İqtisadçı

<b>FES-in faiz artımı manata necə təsir edəcək? - İqtisadçı</b>

Bu gün dünya maliyyə bazarlarının gözü-qulağı FES (Federal Ehtiyat Sistemi) toplantısında olacaq, uçot dərəcəsinin 0,25 faiz artırılacağı heç kimdə şübhə doğurmur. Əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır

Ola bilər ki, FES gələn il 3 deyil, 4 faiz artım olacağını elan etsin. Bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik.
Bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu qərarın Azərbaycana birbaşa təsiri olmasa da, dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edəcək:
“Manat üçün hələlik ciddi təhlükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FES qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılıdır. Bu il bizdə neft hasilatı 6 faiz azalıb, amma qiyməti 35 faizə yaxın artıb, buna görə də hökumət rahat davranır. 2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli, manata təzyiq də yüksələcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv