Son xəbərlər
21 İYUL
20 İYUL
19 İYUL
18 İYUL
TÜRK DÜNYASI

Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... -Canlı yayım

<b>Ərdoğan: Trampın qərarını qəbul etməyən hər kəsə... -Canlı yayım</b>

Bu gün burada islamın ilk qibləsi və Əl Əqsanın şəhəri Qüdsümüzün tarixi statusuna edilən təcavüzü müzakirə etmək için toplaşmışıq. Uzun sözə gərək yoxdur

12:42

Qüdsdə, bu qədim şəhərin küçələrində bir neçə dəqiqə dolaşan hər kəs oranın işğal altında olduğunu anlayacaqdır.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsindəki nitqi zamanı deyib.
“Onsuz da işğal altında olan bu şəhər barədə verilən belə bir qərarın heç bir hökmü ola bilməz. ABŞ-ın veto səlahiyyətinə sahib olduğu BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi qərara əsasən, heç bir ölkənin Qüdsdə səfirliyi ola bilməz. ABŞ-ın bu hüquqsuz qərarına sadəcə Qüdsü işğalda saxlayan İsrail dəstək vermişdir. Bu qeyri-qanuni qərarı qəbul etməyən bütün ölkələrə təşəkkürümüzü bildiririk”, - Ərdoğan deyib.
***
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsində iştirak edən dövlət rəsmiləri arasında sürpriz şəxs diqqət çəkib.
Başqa bir toplantıda iştirak etmək üçün İstanbula gələn Venesuela Prezidenti Nikolas Maduro keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds Zirvəsinə qonaq qismində qatılıb.










FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv