Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
İQTİSADİYYAT

Fermerlərə şad xəbər: pambığın qiyməti artılırdı

<b>Fermerlərə şad xəbər: pambığın qiyməti artılırdı</b>

Pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, ixracının artırılması, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılmasına qərar verilib.
Pambığın bir tonunun alış qiyməti, manatla:
2017-ci il (faktiki) 2018-ci il (təklif olunan)
1-ci növ 500 600
2-ci növ 470 580
3-cü növ 440 540
4-cü növ 400 500









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv