Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
İQTİSADİYYAT

Azərbaycan - Türkiyə biznes forumu keçirilib

<b>Azərbaycan - Türkiyə biznes forumu keçirilib</b>

Dekabrın 14-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qida sənayesi, səhiyyə, turizm, sənaye və tikinti sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.
AZPROMO-nun vitse-prezidenti Murad Abdullayev Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva Azərbaycan və Türkiyə işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini bildirib, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib. Van Ticarət və Sənaye Palatasının iş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Van vilayətinin iqtisadi potensialı barədə məlumat verib.
Tədbirdə AZPROMO və Türkiyənin Van Ticarət və Sənaye Palatası arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.
Forum ikitərəfli görüşlərlə davam edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv