Son xəbərlər
19 YANVAR
18 YANVAR
17 YANVAR
SİYASƏT

Sərkisyandan etiraf: Son saniyəyə qədər...

<b>Sərkisyandan etiraf: Son saniyəyə qədər...</b>

Təyin olunan müddətdə bütün vəzifələr tutulacaq

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Serj Sərkisyan “Armeniya” telekanalına müsahibəsində gələn ilin aprel ayında ölkə hökumətinin formalaşması barədə sualı cavablandırarkən bildirib.
“Hakimiyyətin konturları Konstitusiya tərəfindən müəyyənləşib. Əgər biz konkret vəzifələr barədə danışırıqsa, onda təbii ki, mən və həmkarlarım daim axtarışdadır. Təyin olunan vaxtda bütün postlar tutulacaq. Şübhəniz olmasın. Əgər bu və ya digər vəzifəyə kiminsə təyin olunması barədə danışırlarsa, deməli bu yaxşıdır. İnsanların nəyisə gözləmək hüquq var. Lakin heç bir hakimiyyət bunu əvvəlcədən demir. Hökumət postları haqqında əvvəlcədən danışmaq düzgün deyil”.
Jurnalistin "siz öz karyeranızı bitirən insana bənzəmirsiniz" ifadəsinə Serj Sərkisyan cavab verib: “Hər halda ən düzgün yol budur ki, son ana qədər könüllü olaraq götürdüyün öhdəlikləri yerinə yetirmək lazımdır. Mən öz öhdəliklərimi son saniyəyə qədər yetirməyə hazır olmalıyam. Sonra nəyin olacağına baxarıq”.
Jurnalistin "siyasətdə qalacaqsınızmı" sualına Sərkisyan “baxarıq” deyə cavab verib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv