Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
SİYASƏT

Deputatın Misir parlamentindən Qarabağ istəyi

<b>Deputatın Misir parlamentindən Qarabağ istəyi</b>

Millət vəkili Qənirə Paşayeva Misir parlamentini ziyarət edib və sədrin 1-ci müavini Mahmud əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsamə əl-Abd ilə maraqlı müzakirələr aparıb

Axar.az xəbər verir ki, deputat görüşdə Azərbaycanın Misirlə əməkdaşlığın genişləndiriməsində maraqlı olduğunu bildirib.
Millət vəkili misirli parlamentarilərə Qarabağ problemi ətrafında son vəziyyətlə bağlı, işğalçı Ermənistanın Azərbaycan torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də geniş məlumat verib.
Q.Paşeyeva həmçinin evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin, bütün Azərbaycan xalqının müsəlman ölkəsi Misirdən gözləntilərini də dilə gətirib.
“Qarabağ məsələsində bundan sonra Azərbaycanı daha da fəal müdafiə etməklə yanaşı, Misir parlamenti tərəfindən Xocalı soyqırımını kəskin qınayan, pisləyən sənədin qəbulunun vacibliyini vurğuladıq. Xocalı soyqırımı ilə bağlı Misir parlamentinin rəsmi mövqeyini açıq şəkildə ortaya qoyan bir sənədin qəbul edilməsinin ölkəmiz üçün nə qədər böyük əhəmiyyət daşıdığını söylədik. Komitələr səviyyəsindən başlayaraq, bu istiqamətdə addımların atılmasının vacibliyini diqqətə çatdırdıq. Səsləndirdiyimiz təkliflərə baxılacağını deyən Misir parlamenti sədrinin 1-ci müavini Mahmud əş-Şərif bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün addımlar atılacağını bildirdi. Azərbaycanda keçiriləcək beynəlxalq tədbir çərçivəsində yaxın günlərdə ölkəmizə səfər edəcəyini deyən Misirin Dini Məsələlər Komitəsinin sədri isə Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəklərini qeyd etdi”, - Q.Paşayeva deyib.
Q.Paşayeva Misirdə keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayevlə də görüşüb:
“Səfirliyimiz Misirdə çox fəal çalışır. Azərbaycanın Misirdə daha geniş tanınması, Qarabağ həqiqətlərinin təbliği istiqamətində xeyli önəmli işlər görülüb. Amma bu istiqamətdə işlərin daha da artmasına ehtiyac var. Misir müsəlman ölkəsi olsa da, erməni diasporu və lobbisi fəaldır. Ona görə də bu ölkədə təbliğatımızı daha da gücləndirmək üçün müxtəlif nazirliklərimizin dəstəyi ilə həyata keçirilən layihələrin sayını daha da artırmalıyıq”.
Q.Paşeyava bildirib ki, Misirlə turizm sahəsində əməkdaşlığın genişlənməsi üçün böyük potensial var: “Ümid edirəm ki bu istiqamətdə də yaxın zamanlarda işlər sürətlənəcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv