Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
İDMAN

Mahir Mədətov “Beşiktaş”a transfer olur? - Açıqlama

<b>Mahir Mədətov “Beşiktaş”a transfer olur? - Açıqlama</b>

“Futbol+” saytı Türkiyənin “Beşiktaş” klubunun Azərbaycan millisinin üzvü, “Qarabağ”ın hücumçusu Mahir Mədətovu almaq istədiyini yazıb

Klubun Mədətov üçün “Qarabağ”a rəsmi təklif göndərdiyi, baş məşqçi Qurban Qurbanovun da bu transferə qarşı olmadığı iddia edilib. Həmçinin “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin “Qarabağ” – “Çelsi” matçına Mədətovu izləmək üçün gəldiyi qeyd olunub.
Məsələ ilə bağlı Axar.az-a danışan “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir:
“Klubumuzun oyunçularının transferi barədə “Beşiktaş” klubundan, eləcə də digər klublardan bizə heç bir rəsmi təklif gəlməyib. Şenol Günəşin “Qarabağ” matçını izləmək üçün Bakıya gəlməsi “Qarabağ”ın hər hansı oyunçusu ilə bağlı deyil. Ola bilər ki, baş məşqçi oyun əsnasında Mahir Mədətovu bəyənib, ancaq bu barədə bir söz deyə bilmərəm”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv