Son xəbərlər
18 İYUL
17 İYUL
16 İYUL
SİYASƏT

“Azərbaycan Aİ ilə əməkdaşlığın inkişafında maraqlıdır”

<font color=red><b>“Azərbaycan Aİ ilə əməkdaşlığın inkişafında maraqlıdır”</b></font>

Oqtay Əsədov: “Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqələri və nümayəndə heyətimizin üzvlərinin alyansın təmsilçiləri ilə beynəlxalq təşkilatlarda mütəmadi görüşləri təqdirəlayiqdir”

Dekabrın 18-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradil ilə görüşüb.
Oqtay Əsədov Yan Zahradili təmsil etdiyi alyansa növbəti dəfə rəhbər seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. O, ötən ilin fevral ayında qonağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılan fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Yan Zahradilin başçılıq etdiyi alyansın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə əlaqələri və nümayəndə heyətimizin üzvlərinin alyansın təmsilçiləri ilə beynəlxalq təşkilatlarda mütəmadi görüşləri təqdirəlayiqdir.
Sədr istər AŞPA-da, istərsə də Avropa Parlamentində alyansın üzvlərinin Azərbaycana yanaşmada obyektiv mövqe tutmasını yüksək dəyərləndirib. Bildirilib ki, ölkəmiz Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlıdır. Spiker ümidvar olduğunu söyləyib ki, bu səfər də münasibətlərimizi daha da dərinləşdirmək baxımından əhəmiyyətli olacaq.
Yan Zahradil ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib. Qonaq rəhbərlik etdiyi alyansın və Avropa Parlamentinin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Qeyd edilib ki, müxtəlif dönəmlərdə Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərdə müəyyən anlaşılmazlıqlar olsa da, tezliklə bu məsələlər aradan qaldırılıb, əlaqələrimizdə yeni dönəm başlayıb.
Qonaq rəhbərlik etdiyi alyansın ölkəmizlə bağlı məsələlərə həssaslıqla yanaşdığını xüsusi vurğulayıb. Bildirilib ki, bölgə həqiqətlərinin olduğu kimi Avropa ictimaiyyətinə çatdırılması çox önəmlidir.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər barədə danışılıb.
Görüşdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev və digərləri iştirak ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv