Son xəbərlər
23 YANVAR
22 YANVAR
19 YANVAR
SİYASƏT

Libermandan “erməni soyqırımı” ilə bağlı – Mühüm mesaj

<b>Libermandan “erməni soyqırımı” ilə bağlı – Mühüm mesaj</b>

“Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir

Report xəbər verir ki, bunu İsrailin müdafiə naziri Avidqor Liberman “RTVI” televiziyasına müsahibəsində deyib.
Müxalifətdə olan “Yeş Atid” Partiyasının sədri Yair Lapidin İsrailin qondarma “erməni soyqırımı”nı tanıması üçün parlamentə təqdim etdiyi layihəyə münasibət bildirən nazir vurğulayıb ki, mübahisəli, nəzəri və yalnız tarixə aid olan bu məsələni yenidən qaldırmağa ehtiyac yoxdur: "Bunun İsrailin hazırkı mövqeyinə konkret olaraq təsir göstərəcəyinə inanmıram. Tarix baxımından da bu məsələdə çoxlu mübahisəli məqamlar mövcuddur”.
A.Liberman İsrailin “erməni soyqırımı”nı tanınmamasını ölkəsinin Azərbaycanla sıx əməkdaşlıq etməsi ilə əlaqələndirib: "Azərbaycanla münasibət bizim üçün çox vacibdir. Məsələni yüz dəfə müzakirə etmək lazımdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv