Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
İQTİSADİYYAT

Azərbaycanda minik və yük avtomobillərinin istehsalı dayanmaq üzrədir

<font color=red><b>Azərbaycanda minik və yük avtomobillərinin istehsalı dayanmaq üzrədir</b></font>

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin bu sahənin inkişafı ilə bağlı səsləndirdiyi fikirlərin nə qədər aktual olduğu bir daha ortaya çıxır

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr ayları ərzində maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 259,2 milyon manatlıq məhsul istehsal edilib. 11 ay ərzində minik avtomobillərinin istehsalı 89%, yük avtomobillərinin istehsalı 99% azalıb, amma traktor istehsalı 30% artıb. Bu isə o deməkdir ki, ölkədə yerli minik və yük avtomobillərinin istehsalı tənəzzülə uğrayır, Şamaxıda İran, Naxçıvanda isə Çin şirkəti ilə birgə avtomobil buraxılması özünü dogrultmadı. Əslində bu cür nəticə gözlənilən idi. Çünki aşağı kefiyyətli İran və Çin maşınları bizim bazar üçün rəqabətqabiliyyətli deyil.
BAXCP sədri Qüdrət Həsənquliyev dəfələrlə təkilf edib ki, Azərbaycanda inkişaf etmiş ölkələrin dünyaca məşhur avtomobil şirkətlərinin öz istehsal müəssisələrini qurmasına şərait yaradılmalı, onların bu sahəyə sərmayə yatırması təşviq olunmalıdır. Xüsusən də Cənubi Koreya, Yaponiya şirkətləri ilə bu sahədə uğurlu layihələr həyata keçirmək olardı. Çin, Rusiya, İran kimi ölkələrin buraxdığı aşağı keyfiyyətli avtomobillər Azərbaycan bazarında özünə alıcı tapmır. Yaxın keçmişin təcrübəsi, elə rəsmi statistika da artıq bunu sübut edir.
BAXCP sədri Q.Həsənquliyev Milli Məclisin iclasında, 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı da Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib: “Bildiyimiz kimi, hazırkı zavod Çin avtomobili istehsal edir. Lakin bunu heç kim almır. Biz müasir dövrün çağırışlarına uyğun olaraq elektriklə işləyən avtomobillər istehsal edə bilərik. Qabaqcıl şirkətləri bu zavodun tikintisinə cəlb edə bilərik. Həmin avtomobilləri tək ölkə daxilində deyil, bir sıra xarici dövlətlərə, İran, Rusiya və Orta Asiya dövlətlərinə sata bilərik. Artıq yaxın gələcəkdə Avropada benzinlə işləyən avtomobillərdən imtina ediləcək”.
Əslində “Azərbaycanda avomobil istehsal olunur” ifadəsi özü də bir qədər ciddi səslənmir. Çünki indiki hala bu istehsal deyil, sadəcə xaricdən gətirilmiş hazır maşın hissələrinin yığılmasıdır. Həmin maşınların heç bir detalı, lap adi bir şrupu, rezini belə ölkəmizdə istehsal olunmursa, ona necə yerli istehsal demək olar? Heç olmasa ilkin mərhələdə həmin avtomobillərin detallarının 20-30%-nin belə Azərbaycanda istehsalını təşkil etmək lazımdır. Bunu üçün ölkədə xammal, kadr və sənaye potensialı da var. Getdikcə bu rəqəm 50%-ə çatdırılsa, bəlkə biz onda deyıə bilərik ki, avtomobil istehsal eləyirik. Bu sahədə ən azı Türkiyənin təcrübəsindən yararlanmaq olar. Qardaş ölkədə bazarın tələblərinə uyğun Avropa standartları ilə kiçik mühərrikli avtomobillər buraxılır, onların satəşə da stimullaşdırılır. Xarici markalı maşınlara yüksək gömrük rüsumları tədbiq olunmaqla daxili bazar da qorunur.
Yerli avtomobil istehsalının dayanmaq üzrə olduğu bir vaxtda gələn ilin əvvəlindən maşın bazarında qiymətlər də bahalaşacaq ki, bu da istehlakçının xeyrinə olmayan prosesdir. Yəni çoxlarının maşın almaq və ya avtomobilini təzələmək istəyi elə arzu olaraq qala bilər. Belə ki, ölkəyə idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən artırılır. Bu, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb. Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq. Qeyd edək ki, mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcmin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.
Bu dəfə Neftçalada yaradılan Sənaye Məhəlləsində İranla birgə avtomobil istehsalı layihəsi həyata keçirilir. Yenə də İranla... Söhbət İranın «Khodro» avtomobil şirkətinin istehsal etdiyi “Khodro”, “Reno” və “Pejo” avtomobillərindən gedir. Ümumi dəyəri 22,5 milyon manat olan layihə üzrə müvafiq anlaşma bu ilin aprelində Azərbaycanın “Azeurocar” və İranın “İran Khodro” şirkəti arasında imzalanıb. Zavodda ildə 5-6 min avtomobil buraxılması gözlənilir. Bunların 60%-i “Khadro” modelləri olacaq. Əvvəlcə “İran Khodro”markasına aid 4 modelin - “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobilllərinin yığımına başlanılacaq. “Azevrocar”dan bildiriblər ki, zavodda yığılacaq maşınlar həm qiymət, həm də kefiyyət baxımından bazarda rəqabətə davamlı olacaq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Fikrimizcə, qiymət digər modellərlə müqayisədə uçuz olsa da, keyfiyyətin yüksək olacağı inandırıcı deyil. Çünki istehsalçı Yaponiya, C.Koreya, Avropa şirkəti deyil, yenə də bizə yaxşı tanış olan İran müəssisəsidir... Yəni Avropa ölkələri elektriklə işləyən avtomobillərə keçdiyi bir vaxtda biz yenə də İranla birgə maşın buraxmağa, daha dogrusu İrandan ehtiyat hissələrini gətirib burda yığmağa hazırlaşırıq... Yenə də səhf eləmirik ki?..
Mahir Həmzəoğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv